Keçid linkləri

2025, 05 Dekabr, cümə, Bakı vaxtı 06:53

Camal Yusifzadə. Payız xəstəliyi


Məhəbbət böyük dərdmiş -
                                  közərərmiş
Ayrılıq araya düşəndə.
Pişik gözlərinin qarası kimi
                        gecələr böyüyərmiş,
Səsi varmış,
Sözü varmış,
Od qoymağa
Közü varmış!
Tənhalığı xoşlayırmış,
Məhəbbət böyük dərdmiş.
Payıza bənzəyirmiş -
             sapsarı yarpaqları,
             bulanıq buludları,
             uzun-uzun yolları...

1977
XS
SM
MD
LG